Sionist rejimin 12-ci kanalı bazar ertəsi bildirib ki, Təl-Əviv BMT-yə UNRWA ilə əlaqələrini kəsdiyini rəsmən elan edib.
Bununla bağlı sionist rejimin BMT-dəki nümayəndəsi Gilad Erdan deyib: Biz bu qurumla əməkdaşlığı dayandırdığımızı Birləşmiş Millətlər Təşkilatına bəyan etdik.
O, iddia edib ki, Təl-Əviv humanitar təşkilatlarla əməkdaşlığı davam etdirir, lakin onun fikrincə terrora xidmət edən təşkilatlarla deyil.
Halbuki, Almaniyadakı Ümumdünya Ərzaq Proqramının direktoru Martin Frik alman mediasına Qəzzada UNRWA-ya alternativin olmadığını söylədi.
O qeyd edib: "Biz UNRWA-nın Qəzzada yerinə yetirdiyi təcili yerləşdirmə mərkəzləri, məktəblər və tibb mərkəzlərini idarə etmək kimi missiyaları yerinə yetirə bilmirik."
Publish Date: 4 noyabr 2024 - 10:47
Tehran -İRNA - Sionist rejim BMT-nin Yaxın Şərq üzrə Yardım və İşlər Agentliyi (UNRWA) ilə əlaqələrini rəsmən kəsdiyini elan edib.