Tehran - İRNA - İran İslam Respublikası və Misirin xarici işlər nazirləri sionist rejimin cinayətlərinin dayandırılması, atəşkəsin bərqərar olması, regionda gərginliyin artmasının qarşısının alınması, Qəzzə və Livanda evsiz və köçkünlərə təcili yardımların çatdırılması üçün beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Misirin Xarici İşlər naziri Bədr Əbdül-Ati noyabrın 3-ü, bazar günü axşam saatlarında bölgədə baş verən hadisələri müzakirə ediblər.
İki nazir arasındakı bu telefon danışığında sionist rejimin Qəzzə və Livana qarşı cinayətlərinin dayandırılması, atəşkəsin yaradılması, regionda gərginliyin artmasının qarşısının alınması, Qəzzə və Livanda evsiz və köçkünlərə təcili yardımların çatdırılması üçün beynəlxalq səylərin artırılmasının vacibliyi vurğulanıb.
Bu söhbətdə İran İslam Respublikasının Xarici İşlər naziri bölgədə baş verən proseslər, təcavüzkar sionist rejimin müharibənin miqyasını bütün regiona genişləndirmək və regionun sülh, sabitlik və təhlükəsizliyini pozmaq məqsədi ilə həyata keçirdiyi cinayət və avantürist hərəkətləri ilə bağlı İran İslam Respublikasının mövqelərini izah edib, İran İslam Respublikasının qanuni müdafiə hüququ çərçivəsində təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına cavab vermək hüququnu vurğulayıb.