Seyid Abbas Əraqçi bu gün səhər, çərşənbə axşamı, noyabrın 5-i X sosial şəbəkəsində şəxsi hesabında paylaşdığı mesajda deyib: Avropa İttifaqı bu yaxınlarda hava yolları şirkətlərimizin Avropaya girişini qadağan etməklə iranlı və qeyri-iranlı sərnişinləri hədəf aldı. Bu, İranın Ukraynada istifadə etmək üçün Rusiyaya ballistik raketlər təhvil verməsi barədə yalan və əsassız iddia əsasında edilib.
O əlavə etdi: İndi hətta prezident Zelenskinin özü də açıq şəkildə deyir ki, İran raketləri Rusiyaya çatdırılmayıb, Avropa İttifaqının bu məzhəkəyə son qoymasının vaxtı çatıb.
Xarici işlər naziri qeyd edib: Tamamilə əsassız ittiham əsasında İranın sadə xalqını hədəfə almaq əxlaqsız hərəkət və aşkar səhvdir ki, dərhal aradan qaldırılmalıdır.