Tehran - İRNA - Livan Hizbullah Hərəkatı sionist hərbçilərin bazaları və kazarmalarına, o cümlədən Ər-Ramsa, Maaliyə Qolani (Harmon 810 briqadasının qərargahı), Dufif və işğal altındakı Hayfa şəhərinin cənubunda yerləşən Əl-Xudeyrədəki partlayıcı istehsal edən zavoda raket zərbələri endirib.

Hizbullah Hərəkatı bu gün Əl-Ramsa hərbi bazasına hücumla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun qəhrəmancasına və şərəfli müqavimətinə dəstək, Livan və onun xalqının müdafiəsi istiqamətində Hizbullah döyüşçüləri bu gün səhər saatlarında Livanın işğal altında olan Kəfr Şuba təpələrində yerləşən əl-Ramsa bazasında sionist düşmən ordusu qüvvələrinin toplaşdığı yeri xüsusi raketlərlə hədəfə aldı.”

Hizbullah başqa bir bəyanatda öz qüvvələrinin bu gün səhər saatlarında raket hücumu ilə Maaliya Qolani kazarmasını (Harmon 810 briqadasının qərargahı) hədəfə aldığını xəbər verib.