Urmiya - İRNA - Qərbi Azərbaycan Vilayəti Məhkəməsinin ictimaiyyətlə əlaqələr ofisi bildirib: “Urmiya İnqilab Məhkəməsində 4 nəfər sionist rejim üçün casusluq ittihamı ilə edam cəzasına məhkum edilib.”

Bu bildirişdə deyilir: “İki ayrı iş üzrə 4 nəfər sionist rejimə casusluq və Mossad casusluq xidməti ilə əməkdaşlıq etdikləri üçün mühakimə olundu, kəşfiyyat və təhlükəsizlik qurumlarının əməkdaşlığı ilə onların işi əyalət mərkəzinin ictimai və inqilab məhkəməsində araşdırıldı, ittiham aktının verilməsi ilə iş Urmiya İnqilab Məhkəməsinə göndərildi.”

Qərbi Azərbaycan Məhkəməsinin ictimaiyyətlə əlaqələr ofisi əlavə edib: “İnqilab Məhkəməsinin 2 şöbəsində bir işdə əsas şübhəlilərdən 3, digər bir işdə isə 1 şübhəli ilkin hökmə əsasən ölüm cəzasına məhkum edildi.”

Bildirişin başqa bir hissəsində deyilir: “Bu müttəhimlərdən üçü Mossad casus sisteminin rəhbərliyi və dəstəyi ilə şəhid Fəxrizadəyə sui-qəsd üçün avadanlıqların ölkənin daxili ərazilərinə və sui-qəsdin yerinə daşınmasında rol oynayıb. Bu, onların təxribatçı əməllərindən biri olub.”