Finlandiyanın xarici işlər naziri Elina Valtonen noyabrın 6-da çərşənbə, axşam saatlarında Abbas Əraqçi ilə telefonla danışıb və onu xarici işlər naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bölgədəki vəziyyət, beynəlxalq hadisələr və ikitərəfli əlaqələrlə bağlı müzakirə aparıb.
İran İslam Respublikasının xarici işlər naziri bu telefon danışığında bildirib: Regiondakı böhranın kökü sionist rejimin müharibəni qızışdırması və soyqırım törətməsidir.
Əraqçi əlavə edib: Təəssüflə qeyd etmək lazımdır ki, Fələstin xalqına qarşı iyrənc cinayətlər və soyqırım və Livana təcavüzünə baxmayaraq, Avropa İttifaqı tərəfindən İsrail rejiminin qanun pozuntuları və cinayətləri ilə bağlı heç bir konkret addım atılmayıb.
Bu telefon danışığında Elina Valtonen də bölgədəki insan fəlakətləri ilə bağlı narahatlığını dilə gətirərək deyib: Ümid edirəm ki, bölgəyə sülh və sabitlik tezliklə qayıdacaq.