Əli Şərəf əl-Məhturi bu gün şənbə Zirvə zalında keçirilən “Nəsrullah Məktəbi Beynəlxalq Konfransı” çərçivəsində İRNA-ya müsahibəsində bildirib: “Hizbullah bugün Seyid Həsən Nəsrullahın şəhadətindən sonra daha güclənib və Uca Allahın izni ilə daha da güclənəcək, İsraili mütləq məğlub edəcək, sülh və təhlükəsizlik dünyaya qayıdacaq.”
O, müqavimət və cihad oxunun dəstəklənməsində İran İslam Respublikasının rolunu vacib və mərkəzi adlandıraraq deyib: “İran İslam İnqilabı olmasaydı, Fələstin məhv olardı.”
Yəmənli jurnalist həmçinin müqavimət qüvvələrinin sionist rejimlə döyüş meydanında bu rejimə qarşı qələbələrini yüksək qiymətləndirib və vurğulayıb: “Müharibə Fələstin, Qəzzə, Livan, Yəmən və İraqın qələbəsi ilə başa çatacaq və Allahın izni ilə İsrail və Amerika məğlub olacaq.”
Əl-Məhturi deyib: “Yəmən Qəzzə və Livana dəstək döyüşündə bütün gücü ilə iştirak edir, şəhid Seyid Həsən Nəsrullah və digər şəhidlərin qanının qisasını sionist rejimdən alacaq.”