Məhəmməd Teymuri bazar günü bildirib: “Tranzitin inkişafı ölkənin daşıma sahəsində mühüm məqsədlərindən biridir və bu baxımdan sərhəd vilayətləri, xüsusilə Qərbi Azərbaycan ikiqat əhəmiyyət kəsb edir.”
“Qərbi Azərbaycanın 12 min kilometrə yaxın yolu və 1000 kilometrə yaxın sərhədi var. Ən çox sərhəd terminalına malik olan bu əyalət yol, tranzit və nəqliyyat sahəsində çox mühüm imkanlara malikdir” - deyə, Teymuri əlavə edib.