Məhəmməd Əfif bildirib ki, sionist rejimin müharibə nazirinin iddialarının əksinə olaraq Livan Hizbullahının raket ehtiyatlarının tamdır və bu hərəkat ilk dəfə Fatih raketlərindən istifadə edib.
Hizbullah sözçüsü vurğulayıb: “Biz hər gün sionist rejimi hədəfə alacağıq və bütün cəbhələrdə tam hazırıq.”
Əfif həmçinin Fələstinlə beynəlxalq həmrəyliyin artmasına işarə edib, müxtəlif ölkələrdə, o cümlədən Hollandiyada keçirilən xalq nümayişlərini təqdir edərək deyib: “İsrail ictimai rəy sahəsində və dünyada tənəzzülə uğrayır və artıq əvvəlki populyarlığına malik deyil.”
Livan ordusunun fədakarlıqlarını yüksək qiymətləndirən hərəkat rəsmisi deyib: “Livan ordusu milli təhlükəsizliyi dəstəkləyir və bu mühüm qurumla bizim əlaqələrimizi pozmaq cəhdləri nəticəsiz qalacaq.”
Hizbullahın mətbuat katibi qeyd edib ki, müqavimət döyüşçüləri öz təşəbbüsləri ilə sionist düşməni təəccübləndiriblər və Hizbullah Şeyx Naim Qasimin rəhbərliyi altında sabitliyə nail olub.
“Biz həmişəkindən daha hazırıq və düşmənin şayiələrinə fikir verməməliyik. Sionist düşmən 45 günlük döyüşlərdən sonra Livanın cənubunda bir kəndi də işğal edə bilməyib” - deyə, o, əlavə edib.
Əfifin sözlərinə görə, hələlik atəşkəslə bağlı heç bir konkret plan və təklif Livana təqdim edilməyib. Tehran, Vaşinqton və Moskva arasında geniş siyasi hərəkatlar gedir. Amma hələlik bizə heç bir məlumat verilməyib.
Publish Date: 11 noyabr 2024 - 14:08
Tehran - İRNA - Livan Hizbullah Hərəkatının media sözçüsü Məhəmməd Əfif bu hərəkatın raket ehtiyatlarının hələ tam qaldığını və raketlərin Hayfa və Təl-Əvivdəki hədəfləri vurduğunu bəyan edərək deyib: “Sionist düşmən 45 günlük döyüşlər ərzində Livanın cənubunda bir kəndi də işğal edə bilməyib.”