Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bununla bağlı əlavə edib: “Yəmən Silahlı Qüvvələri Ərəb dənizində Amerikanın "Abraham" aviadaşıyıcısına bir neçə qanadlı raket və pilotsuz təyyarə ilə hücum edib. Bu gəmi Yəmənə qarşı düşmən əməliyyatları aparmağa hazırlaşırdı və bu hücumla düşmən Amerikanın hava əməliyyatı da uğursuzluğa düçar oldu.”
“İkinci əməliyyatda Qırmızı dənizdə iki Amerika gəmisi bir neçə ballistik raket və pilotsuz təyyarə ilə dəqiq vuruldu” - deyə, Y. Sərii qeyd edib.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi həmçinin ABŞ və İngiltərəni Qırmızı dənizi hərbi gərginlik zonasına çevirməkdə və bunun dənizçilər üçün nəticələrində günahlandırıb.