Tehran - İRNA - ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yəmən ordusunun Bab əl-Məndəb boğazından keçən 2 ABŞ esminesinə PUA-lar və raketlərlə hücum etdiyini təsdiqləyib.

Pentaqonun sözçüsü Patrick Rayder çərşənbə axşamı gecə jurnalistlərə bildirib ki, esmineslər "ən azı səkkiz birtərəfli hücum hava sistemi (PUA), beş gəmi əleyhinə ballistik raket və üç gəmi əleyhinə qanadlı raketlə" hücuma məruz qalıb.

O, bu 2 esminesin bu hücuma qarşı durduğunu və onu “məğlub etdiyini” iddia edib.