Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı və Azərbaycan Respublikasına səfərlərindən qayıtdıqdan sonra jurnalistlərə deyib: “Biz ərəb və türk ölkələri ilə “bir səs, bir ürək” olduğumuzu açıq şəkildə göstərmək üçün çalışırıq.”
“(Sionist rejimə) diplomatik təzyiqi artırmaq üçün İsraili bir neçə cəbhədə problemə salmaq məqsədilə fəal diplomatik səylər göstərmək vacibdir” - deyə, Ərdoğan bildirib.
O, Türkiyənin sionist rejimlə ticarət əlaqələrini kəsdiyini bildirərək deyib: “(Sionist rejimi) silahlandırma davam etdikcə, İsrail daha təcavüzkar olacaq və İsrailin dayandırılmadığı hər gün Fələstində və Livanda vəziyyət daha da pisləşəcək.”