Tehran - İRNA - Sionist ordu Qəzza zolağının şimalında daha bir hərbçisinin həlak olduğunu elan edib.

Sionist ordu bazar günü bu rejimin “Kefir” briqadasına məxsus hərbçilərindən birinin Qəzzanın şimalında öldürüldüyünü elan edib. 

Son günlərdə sionist ordu Qəzzanın şimalında gedən döyüşlərdə kefir briqadasına bağlı Şemşonun 92-ci batalyonundan 4 hərbçisinin həlak olduğunu təsdiqləyib. 

Sionist mənbələr bir neçə gün əvvəl xəbər vermişdilər ki, noyabrın ilk 12 günü ərzində 15 İsrail hərbçisi və yerləşimçi öldürülüb.