İRNA-nın Suriya Prezident Aparatının informasiya kanalına istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Əziz Nəsirzadə bu gün (17 noyabr) Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Bu xəbərə əsasən, görüşdə Bəşər Əsəd İran İslam Respublikasının Müdafiə naziri ilə regionda müdafiə və təhlükəsizlik məsələləri, iki ölkə arasında terrorizmlə mübarizə, onun regionun sabitliyi və təhlükəsizliyinə uyğun olaraq strukturunun aradan qaldırılması üçün əməkdaşlığın gücləndirilməsini müzakirə edib.
Suriya Prezidenti bu görüşdə vurğulayıb ki, terrorizmin kökünü kəsmək regional və beynəlxalq məsuliyyətdir, çünki onun təhlükələri bütün dünya insanlarını təhdid edir.