Tehran - İRNA - BMT Baş Assambleyasının İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsi bir qətnamə ilə Fələstin xalqının öz torpaqlarında öz müqəddəratını təyin etmək hüququnu, azadlıq və müstəqillik, heç bir ilkin şərt olmadan, geri çəkilməyən və müzakirə olunmayan mütləq hüququnu və sionist rejimin işğalından dərhal azad olmaq hüququnu vurğulamış və əlavə etmişdir ki, bu hüquqlar sionist işğalçıların özləri tərəfindən hazırlanmış hər hansı təhlükəsizlik tədbirlərinə tabe olmamalıdır.

Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyən BMT-nin yeni qətnaməsi 170 ölkənin, o cümlədən Azərbaycan, Kanada, Avstraliya, bütün Avropa İttifaqı ölkələri, Cənubi Amerika, Asiya və Afrika ölkələrinin əksəriyyətinin müsbət səsi ilə təsdiq edilib və BMT-nin yalnız 5 üzvü, o cümlədən ABŞ, Argentina, Paraqvay, Mikroneziya və Nauru sionist rejimlə birlikdə bunun əleyhinə səs verib.

Bu qətnamədə Haaqa Məhkəməsinin sionist rejimin işğalının hüquqi qeyri-qanuniliyi və işğala dərhal son qoyulması ilə bağlı qərarı vurğulanıb. Çünki bu amil Fələstin xalqının öz müqəddəratını təyinetmə və öz ölkəsinin müstəqillik hüququndan istifadə etməsinə maneədir.

Buna görə də, sözügedən qətnamə sionist rejimin işğal olunmuş Fələstin ərazilərində, xüsusilə Qəzzə zolağında Fələstin xalqına qarşı davam edən soyqırımı və etnik təmizləmə kontekstində xüsusi əhəmiyyət kəsb edir.