2024-cü il oktyabrın 5-dən Qəzza zolağının şimalında Cəbəliyyə döyüşləri zamanı 30 sionist zabit və əsgər həlak olub.
Son günlərdə sionist ordu Qəzza zolağının şimalında gedən döyüşlərdə bu rejimin iki hərbçisinin, o cümlədən kefir briqadasının kapitanının həlak olduğunu elan etmişdi.
Bu iki hərbçi, kapitan Yoqef Bazi və Nuam Eytan Kefir Briqadasına bağlı Nəhşun taborunun şəxsi heyətindən idi.
Sionist mənbələr Yoqef Bazinin sionist rejimin keçmiş müharibə naziri Qadi Eyzenkotun qardaşı oğlu olduğunu bildiriblər.
Bu hərbçilərin ölüm xəbəri o vaxt elan edilir ki, sionist rejim mediası bu yaxınlarda 400 gündən artıq davam edən müharibə zamanı bu rejim ordusunun əsgərlərinin təxminən 2 diviziyasının öldürülüb yaralanmasını və orada minlərlə hərbçinin olmadığını etiraf edib və İsrail rejiminin bütün problemlərinin səbəbini baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalması hesab edib.
Publish Date: 18 noyabr 2024 - 14:56
Tehran - İRNA - Xəbər mənbələri bildiriblər ki, son həftələrdə Qəzza zolağının şimalında yerləşən Cəbəliyyədə 30 sionist zabit və əsgər öldürülüb.