Polkovnik Hatəm Kərim əl-Fəllahi deyib: Fələstin müqaviməti 44 gün əvvəldən bəri Qəzzanın şimalında ardıcıl əməliyyatlar zamanı işğalçı qüvvələri darmadağın edib, onlara ağır itki və tələfatlar verib. İsrail ordusuna dəyən itki və zərərin miqdarı rəsmi statistikadan qat-qat çoxdur. Hərbi əməliyyatlar təkcə Qəzzanın şimalı ilə məhdudlaşmır, həm də mərkəzdə aparılır.
Əl Fəllahi deyib: İşğalçılar öz itkiləri və dəymiş ziyanlar barədə yalan danışırlar. İşğalçıların 40-a yaxın tankı, 27 buldozeri və 21-dən çox personal daşıyıcısı məhv edilib. Bu rəqəmlər işğalçıların ölənlərlə bağlı açıqladığı statistika ilə üst-üstə düşmür. Axı bu tanklarda, transportyorlarda ölən və ya yaralanan şəxsi heyət var.