Tehran - İRNA - Sionist rejimin Təl-Əviv ətrafında yerləşən 8200 hərbi kəşfiyyat bölməsinə məxsus Qolilot bazası Livan Hizbullahının raket hücumu ilə hədəfə alınıb.

Livan İslami Müqavimət Müharibəsi mətbuatı məlumat yayıb ki, islami müqavimət qüvvələri bu gün (çərşənbə axşamı) Təl-Əviv ətrafında və Livan sərhədinin 110 kilometrliyində sionist rejimin 8200 hərbi kəşfiyyat bölməsinə məxsus Qolilot bazasını bir neçə raketlə hədəfə alıblar.

Hizbullah bu əməliyyatın “xüsusi raketlərlə” həyata keçirildiyini açıqlayıb.

Qolilot bazası işğalçı rejimin ən mühüm hərbi bazalarından biridir. Çünki bura sionist rejim ordusunun hərbi kəşfiyyat idarəsinin mərkəzi qərargahı və bu idarənin ən görkəmli bölməsinin qərargahı, yəni siqnal intellekti və kiber kəşfiyyatına cavabdeh kimi 8200 hərbi bölməsi daxildir. Həmçinin, vizual intellektə cavahdeh kimi AMAN-ın 9900-cu bölməsinin qərargahı Qolilot bazasında yerləşir.