Hökumət İnformasiya Ofisi vurğulayıb: “Sionist rejim ordusu humanitar yardımların bu zolaqda ehtiyacı olan insanlara çatmasının qarşısını alır.”
Bu informasiya agentliyi əlavə edib: “Qəzzə zolağındakı fələstinli silahlı qruplar və hökumət qurumları yardımın oğurlanması ilə mübarizə aparmaq və yardımların haqlı insanlara çatmasını təmin etmək üçün çox çalışırlar.”
Qəzzə zolağının İnformasiya Ofisi bildirib: “Sionist rejim ordusu dəfələrlə Fələstin polis qüvvələrinə və humanitar yardımların təhlükəsizliyi üzrə əməkdaşlarına hücum edib.”