Rusiyanın energetika naziri və iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Rusiya tərəfinin rəhbəri Sergey Tsiviliev ilə görüşdə Məhəmmədrza Arif iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün ticarət və iqtisadi mübadilələrin həcmini artırmağa çoxlu imkanların olduğuna işarə edərək, İran və Rusiya arasında ticarət və iqtisadi mübadilələrin həcminin artırılması üçün bu imkanlardan istifadə edilməsini vacib hesab edib və bu xüsusda iki ölkə münasibətlərində əldə olunan razılaşmaların həyata keçirilməsini vurğulayıb.
Birinci vitse-prezident iki ölkə arasında xüsusilə regionun və dünyanın indiki vəziyyətində davamlı məsləhətləşmələrin vacibliyinə toxunaraq, bu məsələyə aydınlıq gətirdi: İran və Rusiyanın yüksək səviyyədə rəsmilərinin görüşləri iki ölkənin münasibətlərin səviyyəsini yaxşılaşdırmaq iradəsini göstərir.
Arif aydınlaşdırıb: İran İslam Respublikası Rusiya ilə uzunmüddətli və hərtərəfli əməkdaşlığı vacib hesab edir.
Energetika naziri və Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının Rusiya tərəfinin rəhbəri Sergey Tsiviliev də iki ölkə arasında müxtəlif iqtisadi sahələrdə əlaqələrin inkişafının vacibliyini qeyd etdi və bu sahələrin bəzilərini izah etdi və vurğuladı ki, iki ölkənin yüksək vəzifəli şəxslərinin görüşləri əlaqələri daha da asanlaşdırır və dərinləşdirir.