Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: 20 noyabr Uşaqların Beynəlxalq Müdafiəsi Günü bütün uşaqların sülh və əmin-amanlıq şəraitində yaşamaq hüququnu xatırladır. Bu münasibət, Qəzza uşaqlarının əzablarını görmək üçün bir fürsətdir.
O dedi: Qəzza amansız bombardmanlar altında uşaq qəbiristanlığına çevrilib. Bu bir ildə 17 mindən çox fələstinli uşaq qətlə yetirilib, minlərlə uşaq itkin düşüb, on minlərlə uşaq yaralanıb və yüzlərlə uşaq anesteziyasız amputasiya əməliyyatı keçirib, 35 mindən çox uşaq yetim qalıb və bir çoxu da bütün ailə üzvlərini itirib; 4000-ə yaxın uşaq aclıqdan öldü və saysız-hesabsız uşaq aclıq, xəstəlik, köçkünlük və ilkin tələbatların olmaması səbəbindən risk altındadır.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Fələstinin insan haqları üzrə xüsusi məruzəçisi xanım Françeska Albanesenin verdiyi məlumata görə, son bir neçə onillikdə hər il yüzlərlə fələstinli uşaq və yeniyetmə İsrail rejimi tərəfindən oğurlanaraq girov götürülüb.
Bəqayi deyib: Günahsız fələstinli uşaqların öldürülməsi və işgəncələrə məruz qalması bəşəriyyətin vicdanına dərin yaralar vurub və səlahiyyətli insan haqları qurumları və BMT-nin fəaliyyətsizliyi və laqeydliyi bu dərin yaranın üzərinə duz səpilməsi deməkdir və onun sağalmasına əngəl törədir. Dünyanın fələstinli uşaqlara qarşı iyrənc cinayətləri törədənlərin cəzasız qalmasına son qoymasının vaxtıdır.