Məsud Pezeşkiyan dünya katoliklərinin lideri Papa Fransiskə müraciətində ondan İsrail rejiminin Qəzzə və Livanın məzlum xalqına qarşı qeyri-insani təcavüzünün davam etməsinin qarşısını almağa səy göstərməsini istəyərkən deyib: “Şübhəsiz ki, indiki vəziyyətdə bu hərəkət zərərçəkənlərin ağrılarının azalmasına, çarəsiz qalmış insanların vəziyyətinin yaxşılaşmasına layiqli və mühüm təsir göstərə bilər və İran İslam Respublikası da bu prosesə kömək etməyə hazır olduğunu bəyan edir.”
Prezidentin məktubunu İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının Dinlər və Mədəniyyətlərin Dialoqu Mərkəzi ilə Vatikan Dinlərin Dialoqu Təşkilatı arasında dini dialoqun on ikinci raundunda iştirak etmək üçün İran nümayəndə heyətinin səfəri çərçivəsində İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri höccətül-islam İmanipur dünya katoliklərinin lideri Papa Fransiskə təhvil verib.
Bu məktub regionda qeyri-sabit vəziyyətə və müharibənin yayılması ehtimalına işarə edərək bildirir: “Sizdən dünya katoliklərinin lideri kimi xahiş edirəm ki, qeyri-insani təcavüzün davam etməsinin qarşısını almaq, sülh və atəşkəs bərqərar etmək və zərərçəkənlərə humanitar yardım göndərmək imkanı yaratmaq üçün öz gözəl səylərinizi işə salasınız, dünya liderlərini, xüsusən də xristian ölkələrini bu mühüm məsələdə kömək etməyə təşviq edəsiniz. Şübhəsiz ki, indiki şəraitdə bu hərəkət zərərçəkənlərin ağrılarının azaldılmasına, çarəsiz qalmış insanların vəziyyətinin yaxşılaşdırılmasına layiqli və mühüm təsir göstərə bilər. İran İslam Respublikası bu prosesə kömək etməyə hazır olduğunu bəyan edir.
Uca Allahdan sizə can sağlığı və dini xristian icmasına başıucalıq diləyirəm.”