İslami Cihad Hərəkatı yaydığı bəyanatda ABŞ-ın Qəzzə müharibəsinə son qoyulması ilə bağlı qətnamə layihəsinə Təhlükəsizlik Şurasında veto qoyması hərəkətinə reaksiya verib.
İslami Cihadın bəyanatında bildirilir: “ABŞ hökumətinin Qəzzə zolağında atəşkəs qətnaməsinə mane olmaq üçün Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməsi açıq şəkildə göstərdi ki, Qəzzə zolağında Fələstin xalqına qarşı soyqırım müharibəsi və irqi təmizləmə cinayətlərini idarə edən ABŞ hökumətidir və sionist nasist ordusunun cinayətlərinə nəzarət edir.”
HƏMAS da ABŞ-ın vetosunu pisləyərək vurğulayıb: “Amerika sübut etdi ki, Fələstin xalqına qarşı təcavüzdə birbaşa şərikdir və bu xalqa qarşı soyqırım müharibəsi və etnik təmizləməyə görə birbaşa məsuliyyət daşıyır.”
HƏMAS əlavə edib ki, ABŞ-ın bu hərəkəti düşmən mövqedir, beynəlxalq ictimaiyyətin iradəsinə qarşı çıxmaq və Qəzzəyə qarşı müharibənin davam etdirilməsini dəstəkləməkdir.
ABŞ İsrail rejimini dəstəkləmək istiqamətində BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünün Qəzzədə dərhal, qeyd-şərtsiz və daimi atəşkəs və bütün məhbusların azad edilməsini tələb edən qətnamə layihəsinə yenidən veto qoyub.