Onlar silahlı şəxsin bir neçə dəqiqə əvvəl İsrailin İordaniyadakı səfirliyinə atəş açdığını elan ediblər.
İordaniyanın İctimai Təhlükəsizlik Təşkilatı Əmmandakı İsrail səfirliyi ətrafında ölkənin təhlükəsizlik qüvvələrinə atəş açan bir nəfərin öldürüldüyünü açıqlayıb.
Təşkilat bu qarşıdurmada İordaniya təhlükəsizlik qüvvələrindən 3 nəfərin də yaralandığını açıqlayıb.
İordaniya təhlükəsizlik rəsmisi həmçinin bildirib ki, İsrail rejiminin Əmman şəhərindəki səfirliyi ətrafında atışma ilə bağlı təhlükəsizlik insidentinin sona çatıb, polis qüvvələri Əmmandakı İsrail səfirliyinə gedən yolları nəzarətə götürüb.