Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai xarici siyasət sahəsi üzrə jurnalistlərlə söhbətində cümə günü noyabrın 29-da ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə İran İslam Respublikası, Fransa, Almaniya və İngiltərə xarici işlər nazirlərinin müavinlərinin iclasının keçiriləcəyini açıqlayıb.
Bəqai İran İslam Respublikasının izzət, hikmət və məqsədəuyğunluq prinsipləri üzərində digər ölkələrlə qarşılıqlı fəaliyyət və əməkdaşlığa əsaslanan prinsipial siyasətinə toxunaraq, üç Avropa ölkəsi ilə gözlənilən danışıqları BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik iclası çərçivəsində onlarla aparılan danışıqların davamı kimi dəyərləndirərək deyib: “Əvvəlcədən Nyu Yorkda planlaşdırılmış danışıqların bu raundunda bir sıra regional və beynəlxalq mövzular və problemlər, o cümlədən Fələstin və Livan məsələsi, həmçinin nüvə məsələsi müzakirə olunacaq və fikir mübadiləsi aparılacaq.”