Sionist əsirlərin ailələri və yaxınları bazar ertəsi gecə Təl-Əvivdə bu rejimin Daxili Təhlükəsizlik Nazirliyinin qarşısına toplaşaraq, HƏMAS-la əsirlərin mübadiləsinə dair razılıq əldə olunmasını tələb ediblər.
Etirazçılar HƏMAS-ın əsir götürdüyü övladları və qohumlarının şəkillərini daşıyaraq baş nazir Benyamin Netanyahu və sionist rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Qvir əleyhinə şüarlar səsləndirib və əsirlərin geri qaytarılmasını tələb ediblər.