Tehran - İRNA - Livanın Xarici İşlər naziri bu gün, çərşənbə axşamının son saatlarına qədər sionist rejimlə atəşkəsə nail olunacağına ümidvarlıq ifadə edərək, vurğulayıb ki, nə qədər ki, bu rejimin işğalçılığı var, müqavimət davam edəcək.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, Livanın Xarici İşlər naziri Abdullah Buhabib çərşənbə axşamı günü Livan cəbhəsində atəşkəsin əldə olunması ilə bağlı son açıqlamasında deyib: “Ümid edirik ki, bu gecə atəşkəs razılaşması əldə olunacaq və biz İsrail nazirlər kabinetinin iclasını gözləyirik.” 

Sionist rejimin “Walla” xəbər saytı öz məlumatlı mənbələrinə istinadən xəbər verib ki, sionist rejimin məhdud təhlükəsizlik-siyasi kabineti bu gün yerli vaxtla günorta saatlarında Livan cəbhəsində atəşkəsi təsdiqləmək üçün iclas keçirəcək. 

Livan Xarici İşlər naziri bildirib: “Atəşkəs razılaşması çərçivəsində ordumuzun 5 min əsgərini ölkənin cənubunda yerləşdirəcəyik.”