Tehran - İRNA - Sionist rejimin 12-ci kanalı bu rejimin rəsmilərinə istinadən iddia edib ki, şimal cəbhəsində atəşkəs razılaşması bu gecə elan olunacaq və sabah səhər saatlarında tətbiq mərhələsinə daxil olacaq.

Bu İsrail şəbəkəsi əlavə edib: Gözlənilir ki, Livan ilə atəşkəs razılaşması sabah səhər saat 4-6 arasında icra mərhələsinə keçəcək.

Bu şəbəkə həmçinin Livanda atəşkəs razılaşmasının bu gecə yerli vaxtla saat 10-da ABŞ və Fransa tərəfindən elan ediləcəyini açıqlayıb.