İRNA-nın cümə axşamı səhər Fələstin əl-Yəvmə istinadən verdiyi xəbərə görə, sionist nümayişçilər sionist rejimin Nazirlər Kabinetindən Livanla yaradılmış atəşkəsə bənzər atəşkəs yaratmaqla Qəzza zolağında müharibəyə son qoymasını istəyiblər.
Etiraz edən sionistlər fələstinli məhbuslarla mübadilə yolu ilə Qəzza zolağındakı sionist əsirlərin geri qaytarılmasını tələb ediblər.
Digər tərəfdən, bir qrup sionist Təl-Əvivdə sionist rejimin Hərbi Nazirliyinin binası qarşısında nümayiş keçirməklə Qəzza zolağında atəşkəsin yaradılmasına etiraz edib və bunu sionist rejim rəhbərləri üçün alçaldıcı məğlubiyyət hesab ediblər.