Bu təlimin əvvəlində SEPAH quru qüvvələrinin əməliyyatlar üzrə müavini və ölkəmizin yüksək rütbəli hərbi zabiti briqada generalı Vəli Mədəni SEPAH quru qüvvələrinin ölkənin təhlükəsizliyinin bərqərar olunmasında həmişə mühüm rol oynadığını bildirərək dedi: Bu təlim yüzlərlə döyüş proqramından biridir ki, Azərbaycan Respublikası ilə ilk dəfə olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməliyyat idarəsinin rəisi də bu təlimin dördüncü mərhələsinin əsas mərhələlərdən biri olduğunu bildirib və deyib: Bu mərhələdə qeyri-qanuni olduğu ehtimal edilən şərti silahlı birləşmələr məhv edilib.
Briqada generalı Vüqar Əliverdiyev habelə İran İslam Respublikasının yüksək rütbəli hərbi komandirlərinə və təlim iştirakçılarına təşəkkürünü bildirib.
Bu hesabata görə, Araz 2024 birgə təlimi "Ya Fatimə Əz-Zəhra (s.ə.)" şüarı ilə 6 ixtisaslaşdırılmış mərhələdə həyata keçirilib. İlk mərhələdə PUA-lar qeyri-qanuni silahlı mütəşəkkil dəstələri müəyyən edib və görüntüləri görmək üçün komandirlərə göndərib.
Bu təlimin növbəti mərhələsi elektron müharibənin tətbiqi olub və daxili qüvvələr elektron müharibə sistemlərindən istifadə etməklə şərti qeyri-qanuni silahlı qüvvələrin əlaqəsini kəsiblər.
Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusunun elit pilotları iki ölkənin xüsusi təyinatlı qüvvələrini iki helikopterdən ayrı-ayrılıqda istifadə edərək əlçatmaz əraziyə endiriblər.
Növbəti mərhələdə hər iki ölkədən hər biri 20 nəfərdən ibarət xüsusi təyinatlıları bölgəyə daxil olaraq şərti mütəşəkkil qanunsuz silahlı birləşmələrin olduğu yüksəklikləri ələ keçirib.
Yüksəkliklər ələ keçirdikdən sonra, şərti düşmən dəstələri qaçarkən onların hərəkət yolunda müxtəlif növ minaların partladılması və müxtəlif silahlardan, o cümlədən Fələq raketindən kütləvi atəş açılması nəticəsində məhv edilib.