Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi Livanın Xarici İşlər naziri Abdullah Buhəbib ilə telefon danışığında atəşkəs əldə edildikdən sonra Livandakı son vəziyyətlə bağlı danışıb və fikir mübadiləsi aparıb.
Əraqçi bu söhbətdə əldə olunan razılaşmanı alqışlayıb, bu uğuru Livan xalqının təsvirolunmaz mövqeyi, müqavimət döyüşçülərinin meydandakı mübarizəsi və Parlamentin sədri cənab Nəbih Berrinin, bu ölkənin hökumətinin səyləri və siyasi müdrikliyinin nəticəsi hesab edib, İran İslam Respublikasının Livan hökuməti, xalqı, ordusu və müqavimətini dəstəkləməkdə möhkəm mövqeyini vurğulayıb.
Diplomatik qurumun rəhbəri Suriyadakı son hadisələrə və təkfirçi terror qruplarının yenidən fəallaşmasına toxunaraq, bu hadisələri sionist rejimin müqavimətə qarşı uğursuzluq və məğlubiyyətlərindən sonra regionun sabitlik və təhlükəsizliyini pozmaq üçün Amerika-sionist layihəsi hesab edib, terrorizmin dəhşətli fenomeni ilə effektiv mübarizənin zəruriliyini vurğulayıb.
Livanın Xarici İşlər naziri də bu telefon danışığına görə təşəkkür edib, atəşkəsdən sonra Livandakı son vəziyyətlə bağlı məlumat təqdim edib, İran İslam Respublikasının Livana həmrəylik ifadəsini və daimi dəstəyini yüksək qiymətləndirib.