Tehran - İRNA - Türkiyənin Xarici İşlər naziri Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin baş naziri Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Qalant haqqında həbs qərarı verməsini alqışlayıb və bunu sionist rejimin cinayətkar başçılarının məhkəməsi üçün ümidverici addım hesab edib.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu şənbə günü deyib: “Fələstin məsələsi və Fələstin xalqına qarşı törədilən cinayətlər beynəlxalq sistemin zəifliyini göstərir.” 

“İsrailə silah və texnika göndərməyə davam etmək bu rejimi daha şiddətli edəcək və biz Qəzzə zolağında soyqırıma son qoymaq üçün İsrail rejiminə təzyiqi artırmağa çağırırıq” - deyə, o, bildirib. 

Fidan həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin Qəzzə zolağında müharibə cinayətlərinə görə Netanyahu və Qallantın həbsinə order verilməsi ilə bağlı qərarını yüksək qiymətləndirərək deyib ki, bu addım Qəzzə zolağında soyqırım törədən İsrail rejimi başçılarının cəzalandırılması istiqamətində ümidverici addımdır.