Məşhəd - İRNA - Məşhəd şəhərinin meri deyib: “Məşhəd şəhəri Ümumdünya Tarixi Şəhərlər Birliyinə üzv oldu və bu birliyə üzv olan İran şəhərlərinin sayı 12 şəhərə çatdı.”

Məhəmmədrza Qələndər Şərif şənbə günü bildirib: “Ümumdünya Tarixi Şəhərlər Birliyi (The League of Historical Cities) şəhərlərin tarixi və mədəni irsinə diqqət yetirən yerli hökumətlərin ən mühüm beynəlxalq təşkilatıdır.” 

“Bu birlik davamlı dünya sülhünün reallaşmasında iştiraka önəm verir. Ümumiyyətlə, Dünya Tarixi Şəhərlər Birliyinin yaradılmasında məqsəd şəhərlərin kimliyini və tarixi irsini qoruyub saxlamaq, tarixi bina və abidələrin mühafizəsi, bu imkanların tətbiqi və istifadəsi barədə məlumatlandırmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır” - deyə, o, əlavə edib.