Seyid Abbas Əraqçi 30 noyabr, şənbə günü axşam saatlarında rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığında ən mühüm regional və beynəlxalq məsələləri, xüsusilə də Suriyadakı son hadisələri müzakirə edib.
Bu telefon danışığında tərəflər Suriyanın milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyiblər, terrorçu qruplarla mübarizədə bu ölkənin hökumətinə və ordusuna dəstək ifadə ediblər, məsələnin Astana prosesi çərçivəsində davam etdirilməsini və bu prosesin üç təminatçısı kimi İran İslam Respublikası, Rusiya və Türkiyə arasında koordinasiyanın zəruriliyini vacib hesab ediblər.
Ölkəmizin Xarici İşlər naziri terrorizmin dəhşətli fenomeni ilə mübarizədə beynəlxalq ictimaiyyətin məsuliyyətini xatırladaraq, terrorçu qrupların Suriyadakı son hərəkətlərini sionist rejim və ABŞ-ın Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsi hesab edib, bu təhlükəli fitnənin qarşısının alınması, Suriya və regionda terrorçuların hərəkətləri ilə mübarizə aparmaq üçün İran, Rusiya və region ölkələri, xüsusilə də Suriyanın qonşuları arasında daha çox sayıqlıq və koordinasiyaya ehtiyac olduğunu vurğulayıb.
Rusiya Xarici İşlər naziri də, terrorizmlə mübarizə üçün bütün tərəflərin koordinasiyasını, eləcə də iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsini zəruri hesab edib.