İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Livan Parlamentinin sədri Nəbih Berri ilə telefon danışığında Livanda müharibənin dayandırılmasından məmnunluğunu ifadə edərək deyib: “İran İslam Respublikası Livan hökumətini, parlamentini, xalqını, müqavimətini və onun qərarlarını dəstəkləyir.”
Sionist rejimin atəşkəsi pozmaqla bağlı hərəkətlərinə işarə edən Qalibaf deyib: “Diqqətli olmaq lazımdır ki, onların bu razılaşmanı pozması adi hala çevrilməsin.”
Livan Parlamentinin sədri Nəbih Berri də bu telefon danışığında İslami Şura Məclisinin sədrinin dəstəyini yüksək qiymətləndirərək deyib: “İran İslam Respublikası Livana qeyd-şərtsiz yardımın göstərilməsində mühüm rol oynadı. Həqiqət budur ki, sionist rejim adlı vəhşi yırtıcı Livanla yanaşı, bütün regionu və onun taleyini udmaq niyyətində idi.”
“Sizin köməyinizlə biz bu vəhşi yırtıcının qarşısını ala bildik” - deyə, N. Berri əlavə edib.