Sionist Ordu Radiosu Yəmən ərazisindən işğal olunmuş ərazilərə doğru raket atıldığını və bunun ardınca bir çox bölgələrdə həyəcan sirenalarının səsləndiyini bildirib.
Sionist Ordu Radiosu əlavə edib ki, raket atıldıqdan sonra sionistlər Təl-Əvivin şimalındakı sığınacaqlara qaçıblar və sıxlıq səbəbindən 4 nəfər yaralanıb.
Yəmənlilər bundan əvvəl də bir neçə dəfə raket və dron hücumları ilə sionist rejimin mühüm və həssas bölgələrini hədəfə alıblar.
Publish Date: 1 dekabr 2024 - 10:29
Tehran - İRNA - Xəbər mənbələri Yəməndən işğal olunmuş Fələstin ərazilərinə raketlərin atıldığını və 4 sionistin yaralandığını bildirib.