İRNA-nın bazar günü verdiyi xəbərə görə, bu barədə SANA xəbər agentliyi bildirib: “Bəşər Əsədə Abxaziya Prezidenti səlahiyyətlərini icra edən Badra Gomba zəng edib.”
Bu xəbərə görə, Gomba telefon danışığında ölkəsinin Suriyaya qarşı təşkil edilən bütün terror hücumlarında Dəməşqin yanında olduğunu, bu ölkənin hökumətini, xalqını və rəhbərliyini dəstəklədiyini vurğulayıb.
Bəşər Əsəd deyib: “Terrorizm ancaq güc dilini başa düşür. Bu, tərəfdarlarından asılı olmayaraq terrorçuları əzib məhv edəcəyimiz dildir.”
Suriya Prezidenti əlavə edib: “Terrorçular xalqı və ya dövlət qurumlarını təmsil etmirlər, onlar yalnız dəstəklədikləri tərəfləri təmsil edirlər.”