Məşhəd - İRNA - İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərşənbə axşamı İranın xarici işlər naziri və onun üzv ölkələrdəki həmkarlarının iştirakı ilə Məşhəddə başlayıb.

Bu görüşün ikinci gününün yekun iclasında ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçi, İƏT-in baş katibi, Türkiyə, Türkmənistan, Qazaxıstan, Pakistan, Özbəkistan, Qırğızıstan, Azərbaycan Respublikası və Tacikistan xarici işlər nazirləri iştirak edir. 

Dünən, bu görüşün ilk günündə İƏT-ə üzv ölkələrin səfirləri, xarici işlər nazirlərinin müavinləri və ekspertləri günorta saatlarına qədər davam edən iclasda nəzərdən keçiriləcək müxtəlif iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlıq sənədlərinin layihələrini hazırlayıblar və layihə bugünkü iclasda xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək. 

İmam Rzanın (ə) hərəminin ziyarəti, şair Əbülqasim Firdovsinin məqbərəsini ziyarət, nazirlərin və xarici nümayəndə heyətlərinin iqamətgahında Xorasan Rəzəvi əyalətinin yüksək texnologiyalı və biliyə əsaslanan şirkətlərinin məhsullarından ibarət sərginin təşkil olunması İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 28-ci iclasının yan proqramları arasındadır.