Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “İran üzv ölkələr arasında iqtisadi həmrəyliyi həyata keçirmək və bu regionun bütün xalqlarının iqtisadi rifahını artırmaq üçün İqtisadi Əməkdaşlıq Təşkilatının imkanlarından hər zamankindən daha çox istifadə etmək əzmindədir.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün, dekabrın 3-də günortadan sonra X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Bu gün Məşhəddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası keçirilir.” 

“İran üzv ölkələr arasında iqtisadi həmrəyliyi həyata keçirmək və bu regionun bütün xalqlarının iqtisadi rifahını artırmaq üçün bu təşkilatın imkanlarından əvvəlkindən daha çox istifadə etmək əzmindədir” - deyə, o, əlavə edib.