Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionistlərin 6 əsirinin öldürülməsini etiraf etməsini bu hərəkatın (HƏMAS-ın) sözünün doğruluğu, işğalçıların sözlərinin isə yalan olması kimi qiymətləndirib və Benyamin Netanyahunun Qəzzədə sionist əsirlərin ölümünə görə məsuliyyət daşıdığını bildirib.

İRNA-nın cümə axşamı “Əl-Məyadin” xəbər kanalına istinadən verdiyi məlumata görə, HƏMAS yaydığı bəyanatda sionistlərin Qəzzə zolağında 6 əsirinin ölməsini etiraf etməsinə işarə edərək əlavə edib: “Sionist rejim ordusunun özünün 6 əsirin ölümünə görə məsuliyyət daşıdığını etiraf etməsi HƏMAS-ın sözünün doğruluğunu və işğalçıların sözünün batil olduğunu göstərir.”

HƏMAS qeyd edib ki, işğalçı ordu tərəfindən daha çox əsirin öldürülməsi Netanyahunun onları zorla azad etmək nəzəriyyəsinin iflasa uğradığını təsdiqləyir.