Livan Hizbullahının Baş katibi Şeyx Nəim Qasim cümə axşamı, axşam saatlarında etdiyi çıxışının əvvəlində deyib: “Biz cinayətkar təcavüzə məruz qaldıq. Düşmən müqaviməti məhv etmək istəyirdi, lakin müqavimət düşmənlə döyüşə girdi.”
Hərəkat rəhbəri bildirib: “Düşmən müqaviməti məğlub etmək istəyirdi, lakin müqavimət “Əvla əl-Bəs” əməliyyatı ilə buna qarşı çıxdı. Allaha şükür edirik ki, bu qələbə bizə nəsib oldu.”
Şeyx Nəim Qasim qeyd edib: “Bizə verilən ilahi qələbənin üç mühüm amili var idi. Birincisi, meydanda şəhidlik arzusunda olan müqavimət qüvvələrinin olması və onların cəbhə xəttində əfsanəvi duruşları idi.”
Qələbənin ikinci amilinə işarə edən Hizbullah lideri deyib: “İkinci amil şəhidlərin pak qanıdır və onların başında da böyük şəhid Seyid Həsən Nəsrullahın qanıdır ki, döyüşü davam etdirmək üçün bizə güc verdi.”
“Döyüşdə qalib gəldik, çünki sionist düşmən öz məqsədlərinə çata bilmədi. Atəşkəs sazişi Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsaslanan əvvəlki razılaşmanın icra mexanizmidir və ona yeni heç nə əlavə olunmayıb” - deyə, o, qeyd edib.
Şeyx Nəim Qasim deyib: “Bu razılaşma İsrailin bütün Livan ərazisindən geri çəkilməsini tələb edir və Litani çayının cənubunda müqavimətin mövcudluğunu qadağan edir.”
Hərəkat lideri bəyan edib ki, biz İsrail tərəfindən 60-a yaxın atəşkəs pozuntusunu müşahidə etmişik və Livan hökuməti bu məsələnin təqibinə cavabdehdir.
Hizbullah Hərəkatının Baş katibi vurğulayıb: “Hizbullah güclü və qüdrətlidir. Çünki Fələstin xalqının və Livan xalqının öz torpaqlarını azad etmək hüququ ilə birlikdədir.”