Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi bəyanat yayaraq, son iki həftə ərzində Suriyada yüzlərlə mülki şəxsin yaralandığını və ən azı 75 nəfərin öldüyünü açıqlayıb.

Yerli səhiyyə orqanlarının təsdiq etdiyi məlumatlara görə, təkcə Suriyanın şimal-qərbində noyabrın 26-dan dekabrın 8-dək baş verən qarşıdurmalarda 28-i uşaq və 11-i qadın olmaqla azı 75 mülki şəxs həlak olub. Ən azı 282 nəfər, o cümlədən 106 uşaq və 56 qadın yaralanıb.

BMT-nin bu orqanı həmçinin Suriyada təhlükəsizlik və humanitar vəziyyətin qeyri-sabit olduğunu bildirib.