HƏMAS-ın bəyanatında bildirilir: “HƏMAS təcavüzü dayandırmaq və xalqımızın iztirablarına son qoymaq üçün çox çalışıb və hələ də çalışır, təklif olunan bütün təşəbbüsləri müsbət və yüksək məsuliyyətlə qarşılayıb.”
“Biz şəhidlərin haqqlarına, prinsiplərinə və ideallarına, qanına və fədakarlıqlarına sədaqətlə və qətiyyətlə bağlı olmaqla, işğalçı rejimin xalqımıza qarşı təcavüzünü və cinayətlərini dayandırmaq üçün istənilən ciddi və real təşəbbüsü alqışlayırıq” - deyə, bəyanatda əlavə olunur.
HƏMAS-ın bəyanatının davamında vurğulanır: “Biz işğalçı rejimin meyarlarına uyğun olaraq Qəzzə zolağının gələcəyini müəyyən etməyə çalışan istənilən beynəlxalq və sionist layihəni rədd edirik.”