Höccətül-islam vəl-müslimin Qulamhüseyn Möhsini Ejeyi, yüksək məhkəmə heyətinin müşayiəti ilə İslami İrana səfər edən Oman Sultanlığının Ali Məhkəməsinin sədri ilə görüşündə dost və qonşu ölkə Omanın ədliyyə rəsmisi və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyətini salamlayaraq deyib: “Oman hökumətinə, bu ölkənin xalqına, alim və ziyalılarına sionist rejimin Fələstin xalqına qarşı törətdiyi vəhşi cinayətləri pisləməkdə uyğun mövqe tutduqlarına görə minnətdarıq. Şübhəsiz ki, omanlıların bu müsbət mövqeləri tarixdə əbədi qalacaq.”
Məhkəmə Sisteminin sədri əlavə edib: “Bu gün sionistlərin Qəzzə, Livan və Suriyada törətdikləri cinayətləri pisləmək və təqib etmək üçün İslam ölkələrinin alimlərinin və məhkəmə sistemlərinin çiyinlərində ağır bir vəzifə var. Sionist rejim bəzi Qərb ölkələrinin hərtərəfli dəstəyi nəticəsində bir ildən artıqdır ki, kişi və qadın, qoca və uşaq olmaqla əlli minə yaxın fələstinlini şəhid ediblər, hətta xəstə uşaqlara belə rəhm etməyiblər, Qəzzədə xəstəxanalara, məktəblərə və sığınacaqlara hücum ediblər.”