Tehran - İRNA - Heyət Təhrir əş-Şam silahlı müxalifət qruplaşmasının komandiri İngiltərə qəzetinə verdiyi müsahibədə Suriyanın İsrailə hücum yerinə çevrilməsinə icazə verməyəcəyini bildirib.

Əbu Məhəmməd Əl-Colani Suriyada nəzarəti ələ keçirdikdən sonra The Times qəzetinə verdiyi ilk müsahibəsində deyib: İsrailin əsas səbəbi (Suriyaya hücum etmək üçün) Hizbullah və İrana bağlı milislərin mövcudluğu idi. İndi bu əsaslandırma ortadan qalxıb. Ötən həftə Əsədin devrilməsindən sonra bufer zonanı ələ keçirən İsrail bu bölgədən geri çəkilməlidir.

Sionist rejimin Suriyadakı yeni irəliləyişindən sonra bu rejimin mediası İsrail ordusunun bu ölkənin 370 kvadrat kilometrdən çox ərazisini işğal etdiyini elan edib.

Sionist ordu Suriyada yeni irəliləyişində Dəra vilayətinin qərbində yerləşən Mariya kəndi daxilində Yərmuk su anbarında irəliləyib.

İşğalçı rejim ordusu həmçinin Həvz Yərmuk bölgəsinə buldozer və texniki və mühəndis avadanlıqları ilə birlikdə daha çox dəstək qüvvələri göndərib.