Yəmən Ali Siyasi Şurasının üzvü və Ənsarullah Hərəkatının liderlərindən olan Məhəmməd Əli əl-Husi “Əl-Məyadin” telekanalına müsahibəsində deyib: “Əməliyyatımız davam edir, amerikalıların və ya digər tərəflərin heç bir hərəkəti bizim üçün əhəmiyyət daşımır.”
“Yəmənə qarşı təcavüzkar hücumlar pislənir və Yəmən xalqı onlara cavab verməkdən əl çəkmir və döyüşümüz davam edir” - deyə, o, əlavə edib.
Əl-Husi vurğulayıb: “Təcavüz artdıqca qarşımızda daha çox seçim dayanır və Müdafiə Nazirliyi tərəfindən təcavüzlə mübarizə üçün plan hazırlanıb.”