İran İslam Respublikasının rəsmiləri ilə ikitərəfli münasibətlər və regional hadisələrlə bağlı siyasi məsləhətləşmələr aparmaq üçün Tehrana səfər edən Belarus Xarici İşlər nazirinin birinci müavini Lukaşeviç çərşənbə axşamı günortadan sonra Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb və müzakirə aparıb.
Bu görüşdə Lukaşeviç İran və Belarus arasında dostluq münasibətlərinə toxunaraq, iki ölkə arasında əlaqələri inkişaf etdirmək, regional və beynəlxalq problemlərin həllinə kömək etmək üçün ikitərəfli məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.