Tehran - İRNA - İranın Xarici İşlər naziri D8 təşkilatının Nazirlər Şurasının 21-ci iclasında deyib: “Sionist rejim Qəzzə, Livan və Suriyadakı işğal olunmuş ərazilərdən dərhal çıxmalıdır və İsrailin işğal etdiyi əraziləri ilhaq etmək cəhdinin qarşısı alınmalıdır.”

D8 təşkilatının iclasında iştirak etmək üçün Qahirəyə səfər edən İran İslam Respublikasının Xarici İşlər naziri bu gün qeyd olunan təşkilatın Nazirlər Şurasının iclasında bildirib: “Beynəlxalq ictimaiyyət biabırçı şəkildə sionist rejimin təcavüzkar hərəkətlərini, hərbi cinayətlərini, insanlığa qarşı cinayətlərini və soyqırımını dayandıra bilməyib. Bu, daha çox ABŞ hökumətinin İsrailə siyasi, hərbi, kəşfiyyat və maliyyə dəstəyi ilə bağlı olub.”

Əraqçi əlavə edib: “Ümid edirik ki, sabah keçiriləcək D8-in xüsusi sammiti dünyaya İsrailin Qəzzə, Livan və Suriyadakı təcavüz və zorakılıqlarına dərhal son qoymalı olduğuna dair güclü bir mesaj verəcək. Sionist rejim və onun müttəfiqləri əməllərinə görə cavab verməlidirlər. Qəzzə əhalisinin humanitar yardıma maneəsiz çıxışını təmin etmək üçün Qəzzədə daimi atəşkəs yaradılmalıdır. Fələstinin iddiası və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququ həyata keçirilməlidir. İsrailin işğal etdiyi əraziləri ilhaq etmək cəhdinin qarşısı alınmalıdır. Sionist rejim qüvvələri dərhal Qəzzə, Livan və Suriyadakı işğal olunmuş ərazilərdən çıxmalıdır. Nəhayət, D8 təşkilatına üzv ölkələr mövcud vəziyyətin yaratdığı çətinliklər və iqtisadi problemlərin öhdəsindən gəlmək üçün Fələstin və Livana dəstək verməyə hazırdırlar.”