D8 əməkdaşlıq təşkilatı liderlərinin 11-ci iclası çərçivəsində gündəmə gətirilən Qəzzə və Livanın vəziyyətinin nəzərdən keçirilməsi ilə bağlı görüşdə Prezident Məsud Pezeşkiyanın çıxışının ən mühüm məqamları bunlardır:
- Bu gün biz Qərbi Asiya regionunun həssas, mürəkkəb və qeyri-sabit şəraitdə olduğu bir vəziyyətdə toplaşmışıq.
- Hazırda İsrail rejiminin Qəzzəyə qarşı apardığı müharibənin 14-cü ayının son günlərində olduğumuz bir vaxtda, (İsrail rejiminin) Fələstin xalqına qarşı bəşər tarixinin bütün faciə və cinayətlərinin silsiləsini törətdiyinin şahidi oluruq.
- Bundan əlavə, sionist rejim son aylarda Livan və Suriyada vəhşi hücumlar həyata keçirir.
- Sionist rejimin kütləvi cinayətləri və təcavüzləri ilə mübarizədə heç bir təxir olmamalıdır, sinerji və koordinasiya ilə bu sahədə təcili tədbirlər görülməlidir.
- Bu təcavüzləri dayandırmaq üçün ilk addım Qəzzədə atəşkəs üçün bu rejimə təzyiq etmək, Livan və Suriyaya hücumlarını dayandırmaqdır. Bu iş region ölkələrinin və D8 təşkilatının üzvlərinin ən mühüm humanitar və mənəvi prioriteti olmalıdır.
- Sionist işğalçılarının Qəzzə və İordan çayının qərb sahilindən tez bir zamanda çıxarılması və Qəzzəyə humanitar yardımın asanlaşdırılması bizim və digər beynəlxalq təşkilatların prioritet tələblərindən olmalıdır.
- İran Fələstin xalqı üçün məqbul olan istənilən Fələstin-Fələstin razılaşmasını alqışlayır və dəstəkləyir.
- Fələstin xalqının taleyini təyin etmək hüququna hörmət edilməli, gələcəyi müəyyən etmək üçün onların intellektual və siyasi yetkinliyinə hörmət edilməlidir.
- Livanda geniş səylərlə nəhayət atəşkəs mətni hazırlandı və müqavimət bununla razılaşdı, lakin qarşı tərəf atəşkəsi pozur.
- Sionist rejimə öz öhdəliklərini yerinə yetirmək üçün təzyiq göstərilməli, insanların həyat vəziyyətinin yenidən qurulması və normallaşdırılması məsələsinin müzakirəsində geniş dəstək davam etdirilməlidir.