Məsud Pezeşkiyan 19 dekabr cümə axşamı “D8” təşkilatının 11-ci Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə sionist rejimin bölgədəki təcavüzünün dərhal dayandırılmasını vurğulayaraq deyib: “İslam ölkələri regionda sionist rejimin cinayətkarlığı və təcavüzü ilə mübarizədə öz məsuliyyətlərini yerinə yetirməlidirlər və əgər İslam ümməti arasında birlik və vəhdət olarsa, bu rejim belə hərəkətlərə cürət edə bilməyəcək.”
Prezident türkiyəli həmkarı ilə görüşdə iki ölkə arasında yaxşı münasibətlərə, İran və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın son iclasına toxunaraq ölkəmizin iki ölkə arasında Strateji Əlaqələr Ali Şurasının qarşıdan gələn iclasına evsahibliyi etməyə hazır olduğunu bəyan edib.
Bu görüşdə Türkiyə Prezidenti də Suriyanın sabitliyi və ərazi bütövlüyünün qorunub saxlanmasını Türkiyə üçün vacib adlandırıb, iki ölkənin birgə əməkdaşlığı ilə Suriyada sabitlik və təhlükəsizliyin ən qısa zamanda bərqərar olacağına ümid etdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan Livanda atəşkəsin yaradılmasına dəstək verdiyini açıqlayaraq, Qəzzədə atəşkəslə yanaşı, sionist rejimin Suriyaya hücumlarının dayandırılmasının, eləcə də Qəzzədə atəşkəsin vacibliyini vurğulayıb.
O, İran və Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsini regionun sabitliyi üçün vacib hesab edib, iki ölkə arasında Strateji Əməkdaşlıq Ali Şurasının iclasının gələn il keçiriləcəyinə ümidvarlıq ifadə edib.